Yaponiya Rusiyaya nota verdi
07.02.2022
Yaponiya martın əvvəlinə qədər fasilələrlə Kuril adaları bölgəsində hərbi təlimlər keçirəcəyini açıqlayan Rusiyaya etiraz notası verib.
"Devran Media" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu mətbuat konfransında deyib.
"Kuril bölgəsinin cənub hissəsi olan Kunasiri adasının cənub-şərqində planlaşdırılan təlimlərə gəlincə, Rusiyanın 4 şimal adasında daha çox silahlanması Yaponiyanın mövqeyi ilə ziddiyyət təşkil edir və qəbuledilməzdir”, - Hirokazu bildirib.