Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək
07.02.2022
Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında öz əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktların layihələri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.