Tatar idmançı Olimpiadanın tarixinə düşdü - VİDEO
07.02.2022
Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışının qısa proqramında Rusiya millisi qızıl medal qazanıb.
"DM" xəbər verir ki, qızıl medalda əsas pay sahibi 15 yaşlı Kamilə Vəliyeva olub.
Milliyyətcə tatar olan Vəliyeva tarixə düşüb. O, buz üstündə dördlü tullanma edən 15 yaşındakı ilk qadın idmançı olub.
Qeyd edək ki, Kamilə Vəliyeva bu il Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatının da qızıl medalını qazanıb.