Türkiyə genişmiqyaslı antiterror əməliyyatına başladı
07.02.2022
Türkiyənin Daxili İşlər Nazirliyi Diyarbəkirdə 400 nəfərdən ibarət heyətlə Eren Qış-21 antiterror əməliyyatına başlayıb.
"Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən Eren Qış əməliyyatları xalqımızın dəstəyi ilə, inam və qətiyyətlə uğurla davam edir”, - deyə nazirlikdən verilən açıqlamada bildirilir.
Əməliyyat PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığınacaq yeri müəyyən edilən terrorçuları zərərsizləşdirmək məqsədi daşıyır.