İran Türkiyəyə dəstək verir
30.08.2018
ABŞ təzyiq göstərmək və imtiyaz əldə etmək barədə sərhəd tanımadığını göstərdi. Hətta öz müttəfiqlərini belə bu təzyiqdən kənarda tutmadı.
Bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif deyib.
Onun sözlərinə görə, Türkiyə və Avropa ölkələri Vaşinqtonun etibarlı müttəfiq olmadığını anlayıb.
XİN rəhbəri həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqlər qarşısında göstərdiyi inamlı mövqeyi yüksək qiymətləndirib:
"ABŞ-ın sanksiyaları bu ölkələr arasında münasibətlərin güclənməsinə səbəb olacaq”.