Ukraynalı general: Orduda sursat çatışmır
07.02.2022
Ukrayna ordusu gülləkeçirməz jiletlər, dəbilqələr, yanacaq və bir çox sursatların ciddi çatışmazlığı ilə üzləşib.
Bunu Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki İqor Kolesnik "Apostrof" kanalının efirində deyib.
"Bilirik ki, yanacaq-sürtkü materialları stratejidir və praktiki olaraq operativ ehtiyat yoxdur. Bəzi döyüş sursatları üçün ehtiyatlar çatışmır", - hərbçi bildirib.
O əlavə edib ki, bu problemin həllində, eləcə də sursat çatışmazlığının aradan qaldırılmasında Qərbin köməyinə ümid edir.