21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çənə sümüyünə damaqdan transplant

30.08.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xəstənin çənə sümüyündəki defekt qalça damağından götürülmüş transplantatla aradan qaldırılıb.
Universitetin mətbuat xidmətindən  bildiriblər ki, əməliyyatın təfərrüatları haqqında klinikanın ağız və üz çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.
M.Davudov bildirir ki, xəstə altı il əvvəl ağız boşluğundakı törəmədən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra xəstə kompleks müalicə alsa da, onun ağzında yenidən şiş yaranıb. İkinci dəfə Gürcüstanda əməliyyat olunan xanımın çənə ətrafı yumşaq toxumalarla birgə geniş şəkildə götürülüb: "Xəstə əməliyyatdan sonra əsasən ağızda və çənədə qalan estetik qüsurdan şikayət edirdi. Kompüter tomoqrafiyası nəticəsində beş santimetrlik sümük defekti, yumşaq toxumalardakı batıqlıq aşkar olundu. Odur ki, çənə sümüyündəki defektin qalça damağından götürülmüş transplantat qraft vasitəsilə aradan qaldırılması planlaşdırıldı. Eyni zamanda, yumşaq toxuma batıqlığını isə ayrı qalça nahiyəsində piy toxuması transplantatla aradan qaldırılması nəzərdə tutuldu. İcra etdiyimiz əməliyyat sayəsində hər iki defekt aradan qaldırıldı”.
M.Davudov bildirir ki, xəstə əməliyyatdan artıq iki gün sonra ayağa qalxıb. İndi onun vəziyyəti yaxşı olaraq qiymətləndirilir.