21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xocavənddə baş verən qəzanın səbəbi açıqlandı

07.02.2022

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün Xocavənddə subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb.

Agentlikdən bildirilib ki, qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb.