Ukrayna səfiri: "Azərbaycanla diplomatik münasibətlərin yeni səhifəsini açırıq"
04.02.2022
Vladislav Kanevski:"Tarixdə elə hadisələr var ki, çox şərəfli və unudulmazdır. Ölkələrimiz arasında diplomatik münasibətlərin təməli Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyskinin dövründə qoyulub. Biz diplomatik münasibətlərin yeni səhifəsini açırıq".
"DM" xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski fevralın 4-də Azərbaycan-Ukrayna münasibətlərinə həsr olunmuş tədbirdə bildirib.
Səfir vurğulayıb: "Biz bu münasibətlərin strateji tərəfdaşlığa çevrilməsindən çox məmnunuq. Volodimir Zelenskinin Ukrayna Prezidenti kimi ilk dəfə Azərbaycana səfər etməsi dostluğumuzun sübutudur”.
Müxtəlif sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün xeyli işin görüldüyünü qeyd edən diplomat son 8 ildə mühüm nailiyyətlər əldə olunduğunu bildirib.
Səfir, həmçinin deyib: "Qarşımıza böyük məqsədlər qoymuşuq. İnanırıq ki, Ukrayna ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək və yeni çalarlar qazanacaq".