Co Bayden və Olaf Şolts Ukraynanı müzakirə edəcək
04.02.2022
ABŞ Prezideti Co Bayden Almaniya Kansleri Olaf Şoltsla görüşəcək.
"DM" xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat yer alıb.
Şoltsla Baydenin Ukrayna ətrafında yaranmış vəziyyəti, Çini, həmçinin iyunda Almaniyada keçiriləcək G7 sammiti müzakirə olunacaq.
Görüşdə Ukraynaya qarşı mümkün aqressiyaya qarşılıq olaraq, Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunması müzakirə olunacaq.