Məktəblər yenidən bağlana bilər?
04.02.2022
Təhsil Nazirliyi koronavirusun yeni ştammı Omikronun sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması məsələsinə münasibət bildirib.
Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə ölkədə 9 məktəb COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib.
Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir:
"Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur”.