Mafiya başçısı həbs olunub
30.08.2018
Türkiyənin DHA agentliyi qırmızı bülletenlə axtarışda olan Ənvər Sadıqov adlı azərbaycanlı mafiya liderinin İstanbulda həbs olunduğu barədə məlumat yayıb.
49 yaşlı şəxs İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb və onun yaxın zamanda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
Sadıqovdan müxtəlif şəxslərə aid saxta vəsiqələr də götürülüb.
Bundan əlavə, onun 2017-ci ilin dekabrın 18-də Maltəpə həbsxanasından Ərzurum cəzaçəkmə müəssisəsinə köçürülən zaman qaçdığı bəlli olub.