İctimai Birlik sədri saxlanıldı
04.02.2022
"İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıb.
Hadisə fevralın 3-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Onun çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanıldığı bildirilir. R. Məmmədovun hansı maddə üzrə saxlanılması hələlik bilinmir. O, araşdırma üçün istintaqa təhvil verilib.
Faktı polisdən təsdiqləyiblər.