Azərbaycan Belarusla gömrük sahəsində əməkdaşlığı müzakirə edib
04.02.2022
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovla görüşüb.
"Devran Media" xəbər verir ki, bu barədə sədr məlumat verib.
"Ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışdıq, gömrük orqanları arasında səmərəli və işgüzar əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr apardıq", - deyə o, qeyd edib.