“Kontakt”dan 50%-dək endirim – Kampaniya başladı
04.02.2022
"Sevdiyim şəxsi xatırlamaq üçün xüsusi bir günə ehtiyacım yoxdu” desəniz belə ona qəlbinizin dərinliyindən qopan sevginizi mənalı bir hədiyyə şəklində təqdim etmək istədiyinizi bilirik.
"DM" xəbər verir ki, bütün bunları düşünən "Kontakt” bu il də Sevgililər Günü kampaniyası ilə sevənlərin yanında yer alıb. Belə ki, bu gündən fevralın 15-dək qüvvədə olacaq kampaniyada ən xoş hədiyyələri nağd alışda 50%-dək endirimlə ala, üstəlik endirimli qiyməti yerindəcə düz 3 aya bölə bilərsiniz.
Gəlin sevginizə sevgi qatacaq təkliflərə birlikdə nəzər salaq;
-Deyilənə görə qadınlar qulaqları ilə sevir. Elə kişilər də xoş sözlər eşitməyi çox xoşlayır. Onda çox düşünməyib 110 yox, cəmi 79 manata olan ağ və mavi rəngli Xiaomi qulaqlığını könül rahatlığı ilə ona hədiyyə edə bilərsiniz.
- Həm üz, həm də saç üçün istifadəyə uyğun, 5 başlıqlı universal Braun trimmeri ilə onun tərzinə sevginizi qata bilərsiniz. Qiymət 100 yox, cəmi 59 manat.
- Qiyməti olduqca münasib 60 yox, cəmi 39 manata olan 2000 Vt-luq Gorenje hava feni ionlaşma funksiyası ilə sevgilinizin saçlarına zərər vermədən qurutmasına və zövqünə uyğun şəkilləndirməsinə kömək edəcək.
"Kontakt” bu özəl gündə kredit alıcılarını da yaddan çıxarmayıb. Beləliklə kampaniya ərzində bütün smartfonlar 14, TV, məişət əşyaları və ev tekstili məhsulları 18, bütün mebellər isə 24 ayadək ilkin ödənişsiz, faizsiz ən əsası isə komissiyasız təklif olunur:
1.128 GB yaddaşlı Samsung Galaxy A52 smartfonunu ayda cəmi 51 manat;
2. Çoxfunksiyalı, 3 rəngdə satışa çıxarılan Xiaomi smart saatını ayda cəmi 12 manat;
3. Selfi güzgülü İnstax Mini 11 ani çap fotoaparatını isə ayda cəmi 14 manat ödəməklə alıb sevgilinizin həm qəlbində, həm də ağlında unudulmaz izlər qoya bilərsiniz.
Siz də Sevgililər Günü hədiyyənizi "Kontakt”dan alın, sevginizi "Kontakt”la bölüşün.
30.000 mindən çox məhsul seçimi ilə ölkənin ən aparıcı satış şəbəkələrindən olan "Kontakt” ölkə üzrə ümumilikdə 34, Gürcüstanda 1 və kontakt.az onlayn mağazası ilə hər zaman müştərilərinə məmnuniyyətlə xidmət göstərməkdədir.