Vəziyyət hər an qaynar fazaya keçə bilər
03.02.2022
Dünyadakı vəziyyət gözlənilməzdir. Buna görə də təhlükəlidir və hər an qaynar fazaya keçə bilər.
"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Biz o müharibənin dəhşətlərini yaxşı xatırlayırıq və bu gün dünyada gərginliyin artmasını narahatlıqla izləyirik. Bugünkü vəziyyət ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərin əvvəllərini çox xatırladır. Bu, təhlükəlidir və hər an qaynar fazaya keçə bilər. Qanunsuz sanksiyalardan istifadə dünyada sabitliyi pozacaq”, - Lukaşenko bildirib.