Ukrayna Türkiyədən yenə PUA istəyir
03.02.2022
Ukrayna Türkiyədən yeni PUA-lar almaq niyyətindədir.
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Ötən il Ukrayna ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 59% artaraq, 7,1 milyard dollara çatıb. Münasibətlərdə irəliləyiş əldə edilən sahələrdən biri də müdafiə sənayesidir. Ukrayna bu günə qədər Türkiyədən 12 PUA alıb və həmçinin Baş Qərargah rəisi səviyyəsində yeni qurğular almaq niyyətində olduğunu bildirib”, - Altun bildirib.