Azərbaycan İtaliyaya 7 mlrd. kubmetrdən çox qaz ixrac edəcək
03.02.2022
Bu il Azərbaycan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya 7,4 mlrd. kubmetr qaz ixrac edəcək.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter”də yazıb.
"İtaliyanın ekoloji keçid nazirinin müavin Vannia Gava ilə TAP-ın bu ölkənin qaz istehlakına töhfələrindən bəhs etdik”, - paylaşımda deyilir.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.