Donbasla bağlı hər yerdə danışmağa hazırıq - Ukrayna
03.02.2022
Kiyev Donbas üzrə üçtərəfli təmas qrupu ilə İstanbulda, eləcə də başqa yerlərdə danışıqlara hazırdır, lakin bunun üçün qarşı tərəfin razılığı lazımdır.
Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikovun sözlərinə görə, Türkiyə prezidenti açıq şəkildə belə bir təkliflə çıxış edib və danışıqlar platformasının İstanbula köçürülməsilə ilə bağlı Kiyevlə məsləhətləşmələr aparılıb.