AMEA-ya yeni mətbuat katibi təyin olundu
03.02.2022
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə yeni mətbuat katibi təyin olunub.
"Devran Media" xəbər verir ki, bununla bağlı Rəyasət Heyətinin iclasında qərar verilib.
İclasda AMEA Rəyasət Heyəti aparatının ştat strukturunda qismən dəyişiklik edilib.
Rəyasət Heyətinin qərarı ilə Azadə Balayeva AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.