Rusiya qırıcıları Ermənistanda uçuş keçirdi
03.02.2022
Rusiya SQ-nin Cənub Hərbi Dairəsinin MiQ-29 cə Su-30SM qırıcıları Ermənistanın Erebuni aviabazasından qalxaraq, təlim uçuşu həyata keçirib.
Bu barədə Cənub Hərbi Dairəsi məlumat yayıb.
Ekipaj çətin hava şəraitində uçuşu, eyni zamanda mühərriklərdən birinin sıradan çıxdığı halda qəza enişini, düşmənin zərbəsi nəticəsində eniş-uçma zolağının məhdudlaşması halında qalxma və enməni məşq ediblər.