21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şirkətlərimiz Qarabağın bərpasına hazırdır - XİN başçısı

03.02.2022

Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına hazırdır.

"Devran Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında deyib.

XİN başçısı bildirib ki, Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq obyektiv mövqeyi olub.

Nazir həmçinin vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir:

"Macarsıtanın "Exim Bank”ı Azərbaycana 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb, iri şirkətlərimiz Azərbaycan iqtisadiyyatına sərmayə qoyublar, o cümlədən neft yataqlarının işləənməsində iştirak ediblər”