Jurnalist iş başında infarkt keçirdi
03.02.2022
Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismət (Məmmədov) ürəyindən əməliyyat olunub.
"DM" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun iş yoldaşları məlumat paylaşıb.
İş başında bir anda halı pisləşən 49 yaşlı Azər Qismət Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Həkim müayinəsi nəticəsində jurnalistin infarkt keçirdiyi məlum olub və dərhal ürəyindən əməliyyat olunub.
Hazırda vəziyyətinin yaxşı olduğu, yaxın zamanlarda xəstəxanadan evə buraxılacağı bildirilib.