Çinlilər içməkdən ölürlər.
30.08.2018
"Dövran Media”ya Regnuma istinadən xəbər verir ki, Global Times qəzetinin yazdığı məlumatda bildirilir ki, dünyada sərxoşluqdan ölənlərin sayına görə Çin birincidir. "The Lancet" tibb jurnalının yazdıqlarına əsasən sərxoşluq səbəbindən 2016-ci ildə Çində 59 min qadın və 650 min kişi həyatını itirib. İkinci yerdə Hindistandır: 42 min qadın ölümü və 290 min kişi. Rusiya reytinqdə üçüncüdür: 43 min qadın, 180 min kişi spirtin qurbanı olub. ABŞ isə alkoqoldan ölümə görə Rusiyadan iki pillə aşağıdır:19.000 qadın və 71.000 kişi. Araşdırmada planetin sakinləri arasında baş verən sağlamlıq problemlərinin əsas səbəblərindən biri spirtli ickilərin olduğu vurğulanır. Tədqiqatın nəticələrinə görə, əhali arasında alkaqoldan istifadə artdıqca, onkoloji xəstəliklərdən olan ölümün dərəcəsi xüsusilə yüksəlir. Yalnız spirtli ickilərdən tamamilə imtina etdikdə belə riskli sağlamlıq problemini azaltmaq mümkündür. Çinin alkoqol "mədəniyyəti” müxtəlifdir. Ölkədə həm pivə, həm də şərab içməklə yanaşı, arağa yaxın olan tünd içki bayszyunun çeşidləri də var. Digər ölkələrdə olduğu kimi, Çində də spitrli içki, təbii olaraq, ünsiyyət üçün katalizator rolunu oynayır. Buna görə də çinlilər kiçik ziyafətlərdə, bayramları zamanı içirlər. Bundan başqa, təcrübədə bağlanmış əqdin spirtlə "yuyulması” da var. Qeyd edək ki, 2015-ci ildə yarım milyon rusiyalı alkoldan ölüb. Sərxoşluq 30 faiz kişilərin və 15 faiz isə qadınların ölümünə səbəb olub. Ancaq bununla yanaşı, son illər ölkədə sərxoşluqdan ölənlərin sayının azalması da müşahidə olunur.