Polşa baş naziri də Ukraynaya səfər edir
02.02.2022
Polşa Baş naziri Mateuş Moravetski Ukraynaya səfər edəcək.
"Devran Media" xəbər verir ki, bu barədə baş nazir sosial media hesabında paylaşım edib.
"Suveren Ukrayna olmadan Avropa təhlükəsizlikdə olmayacaq. AB və NATO-nun dəstəyi olmadan da suveren Ukrayna olmayacaq. Hazırda Rusiya tərəfindən təhdid edilən Ukrayna xalqı ilə həmrəy olduğumu bildirmək üçün bu gün Kiyevə səfər edirəm. Gəlin sülh və təhlükəsizliyi qoruyaq”, - o bildirib.