02 02 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Niderlandın Baş naziri Ukrayna böhranı ilə bağlı Rusiyaya xəbərdarlıq edib

02.02.2022

"İnanırıq ki, deskalasiyanın yeganə yolu diplomatiya və dialoqdan keçir".

Bunu Niderlandın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevdə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda ABŞ və Rusiya, NATO və Rusiya arasında dialoq davam edir, həmçinin Normandiya formatında görüşlər keçirilir. Ümid edirəm ki, bu dialoq nəticələr verəcək. Əgər bir nəticə olmazsa, Rusiyanın Ukraynaya qarşı aqressiyası davam edəcəyi halda bunun Rusiya üçün nəticələri ağır olacaq. Niderlandın bu məsələ ilə bağlı mövqeyi bəllidir.

ABŞ-la koordinasiyalı şəraitdə Avropa Rusiyaya qarşı güclü sanksiyalar paketi hazırlayır", Baş nazir bildirib.

Onun sözlərinə görə, Niderland bacardığı qədər Ukraynaya dəstək verir. O, xüsusilə kibertəhlükəsizlik sahəsində dəstəyin davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Niderlandın Baş naziri Kiyevdə səfərdədir. Fevralın 1-də isə Britaniyanın Baş naziri Boris Conson, Polşanın Baş naziri Mateuş Moravietsk Ukraynaya səfər edib.