“Futbolumuzun inkişafı naminə yeniliklər olacaq”
02.02.2022
"Qarşıda bizi gözəl işlər gözləyir”.
"DM"xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bugünkü Hesabat Konfransında deyib.
Abdullayev Futbolun İnkişafı Fondu barədə danışıb:
"Futbolumuzun inkişafı naminə yeniliklər olacaq. Həm komanda sayının artması, həm də futbolun ictimailəşməsi üçün ictimai fondlar yaradılacaq. Burada maliyyədən çox, insanların öz komandalarına sahib çıxması vacib məqamdır. Klubun hər bir üzvünün bir manatı da futbolu ictimailəşdirir. Hansı azarkeşlər, şəhər bir addım atsa, AFFA iki addım atacaq ki, orada futbolun inkişafı daha yüksək səviyyəyə qalxsın”.
Qeyd edək ki, bu fond 2016-cı ildə yaradılsa da, demək olar ki, indiyədək aktiv fəaliyyət göstərməyib. Bu ildən fondun aktiv fəaliyyət göstərməsi, Gəncə, Tovuz, Mingəçevir, Lənkəran və Zaqatalada yerli futbolun inkişaf etdirilməsində maddi baxımdan kömək etməsi nəzərdə tutulub.