21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Şuşa Bəyannaməsi” Türkiyə Məclisinə də çıxarılır

01.02.2022

Azərbaycan Milli Məclisinin "Şuşa Bəyannaməsi”ni təsdiq etməsi ilə sənəd artıq beynəlxalq müqavilə statusunu qazandı. Mənə verilən məlumata görə, bu həftə və ya gələn həftə "Şuşa Bəyannamə”si bizdə də Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq və sonra təsdiq üçün TBMM-yə təqdim ediləcək. Bəyannamə ikitərəfli münasibətlərimizdə həm də "yol xəritəsi” mahiyyətini daşıyır. Bunu bütün bölgə ölkələri də çox yaxşı bilir.

Bu sözləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

"Şuşa Bəyannaməsi”nin imzalanması ilə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq münasibətləri eyni zamanda ən yüksək müttəfiqlik statusu qazanıb. Bəyannamədə iki ölkədən birinə xaricdən hücum ediləcəyi təqdirdə digərinin ona hər cür yardım göstərəcəyinin də təsbit olunması bunun isbatıdır. Ölkələrimiz arasında hərbi və digər sahələrdə çox geniş və dərin əlaqələr mövcuddur. Bəyannamə imzalandıqdan sonra prezidentlərimiz bölgənin ümumi inkişafı, əmin-amanlığın bərqərar olunması və birgə gələcək üçün "3+3 platforması” təklifi ilə çıxış etdilər. Növbəti addım kimi isə 14 yanvardan etibarən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müzakirə mərhələsi başladı. Baş verən proseslərə nəzər yetirdiyimiz zaman "Şuşa Bəyannamə”sinin Türkiyə-Azərbaycan həmrəyliyinin göstəricisi olmaqla bərabər, türk dövlətlərində və bölgə ölkələrində yeni silkələnmənin xəbərçisi olduğunu da açıq şəkildə görə bilərik. Biz hər kəsin öz ölkəsinin sərhədləri daxilində sərbəst, azad yaşamasını istəyirik. Lakin Rusiya və Ukrayna, Rusiya və Gürcüstan arasındakı münasibətlər, Qazaxıstanda baş verən hadisələr bölgəni qarışdırmaq istəyən qüvvələrin buraya müdaxilə cəhdlərinin təzahürüdür. Ümumi təhlükəsizliyimizə təhdid yaradan problemlərin aradan qaldırılması üçün bütün nəqliyyat və kommunikasiya xətləri açılmalı, iqtisadi əlaqələr inkişaf etməlidir. Ona görə də bəyannamədə Zəngəzur dəhlizinin açılmasına da xüsusi önəm verilib. Londondan avtomobilinə minən birinin Zəngəzur dəhlizindən keçməklə Pekinə qədər gedə biləcəyini düşündüyümüz zaman həyata keçirilməsi planlaşdırılan layihələrin miqyasını daha aydın şəkildə anlamaq olur. "Şuşa Bəyannaməsi”nin təsdiqi həqiqətən böyük hadisədir. Prosesdə iştirak edən bütün həmkarlarımıza təşəkkür edir, bunun hamıya xeyirli olmasını diləyirəm”, - Ş.Ayrım qeyd edib.