Deputat: “Qadın mollaların əksəriyyəti cahildir” - VİDEO
01.02.2022
Deputat Məlahət İbrahimqızı qadın mollalarla bağlı spikerə müraciət edib.
Deputat bu barədə Milli Məclisdə "Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
"Qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir. Onların yas məclislərində hər şeydən - şeirdən, müxtəlif əhvalatlardan danışdığını görürük. Amma onlar Qurandan, hədisdən heç nə anlatmırlar. Mən xahiş edirəm ki, bunun qanunla tənzimlənməsinə dəstək verəsiniz”.