Almaniyadan Türkiyəyə maliyyə dəstəyi.
29.08.2018
Almaniya hökuməti hazırda Türkiyə hökumətinə təcili maliyyə yardımı məsələsinə baxır. Bu haqda The Wall Street Journalda yazılmışdır. Verilən məlumata görə, Berlin Türkiyədə ağır iqtisadi vəziyyətdən narahatdır. Belə ki, böhran lirə məzənnəsinin sabitliyinə təsir edir və bu da Avropa Birliyində iqtisadi çətinliklərə səbəb ola bilər. Bundan əlavə, Türkiyədəki böhran Yaxın Şərq ölkələrində vəziyyətə mənfi təsir göstərir. Agentliyin sözlərinə görə, Litva prezidenti Dalya Qribauskayte bəyan edib ki, Avropa Birliyin ölkələrindən iqtisadi böhran keçirən Türkiyəyə maliyyə dəstəyi lazımdır ona görə ki, Ankara Aİ-də beynəlxalq terrorizmlə və miqrasiya böhranı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir.