ABŞ Yaxın Şərqdə ən böyük hərbi təlimə başladı
01.02.2022
ABŞ müttəfiqləri ilə birlikdə Yaxın Şərqdə irimiqyaslı beynəlxalq hərbi dəniz təlimlərinə başlayıb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması məlumat yayıb.
Yanvarın 31-də başlayan və 60 ölkə və beynəlxalq təşkilatın qatıldığı İMX/CE-2022 adlı təlimlərdə 9 min şəxsi heyət və 50 gəmi iştirak edir.
Bundan başqa təlimlərə 10 ölkənin 80-dən artıq PUA-sı da qatılacaq.
Təlimlərin məqsədi müxtəlif ssenardə pilotsuz sistemlərin, süni intellektin sınaqdan keçirilməsi və əldə edilmiş təcrübələrin gələcək hərbi əməliyyatlarda tətbiqidir.
Hərbi dəniz qüvvələri BƏƏ, Misir, Keniya və Omanın rəhbərlik etdiyi 4 qrupa bölünüb. Təlimlər Ərəbistan körfəzi, Ərəbistan dənizi, Oman körfəzi, Qırmızı dəniz və Hind okeanının şimal hissəsində keçirilir.
Təlimlər fevralın 17-nə kimi davam edəcək.