ABŞ Kiyevə altıncı hərbi yardım təyyarəsini göndərdi
01.02.2022
ABŞ-dan 84 ton hərbi yardım daşıyan altıncı təyyarə Kiyevə çatıb.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tvitter səhifəsində yazıb.
"Ümumilikdə, Ukrayna artıq 500 ton yardım alıb”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə görə, ABŞ-dan təxminən 45 reys həcmində maddi-texniki hərbi yardımın tədarükü planlaşdırılır.