Qanunsuz parklanmaya görə bu qurumlar cərimə yazacaq
01.02.2022
Parklanma ilə bağlı cərimələri paytaxtda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək.
Bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.