Bakıda yeni sığınacaqlar YARADILACAQ
01.02.2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə planları açıqlanıb.
"DM"-nın məlumatına görə, bununla bağlı agentliyin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, Bakı şəhəri üzrə filialların əsasında regional filialın və 5 ixtisaslaşmış mərkəzin yaradılacaq:
"Sosial imkanları məhdud uşaqların sosial reabilitasiyası üzrə 2 mərkəz, baxımsız uşaqların ailələri ilə profilaktik iş üzrə mərkəz, məişət zorakılığından əziyyət çəkən şəxslər üçün pilot olaraq böhran mərkəzi, müəssisəyə düşmənin qarşısının alınması və reinteqrasiya fəaliyyəti üzrə mərkəz olacaq”.
O qeyd edib ki, bu il Bakı şəhərində və Ağcabədi rayonunda bu kateqoriya üzrə yeni sığınacaqların açılması planlaşdırılıb:
"Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Füzuli rayonunda filialının yaradılması, Əlilliyi olan şəxslər üçün Peşə-əmək reabilitasiya Mərkəzinin Xaçmaz rayonunda filialının yaradılması, bütün stasionar sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetlərinin yaradılması planlaşdırılır”.