Evdə sosial-məişət xidməti göstərilən şəxslərin sayı AÇIQLANDI
01.02.2022
"Hazırda müəssisələrimizdə məişət zorakılığından əziyyət çəkən 41 nəfərə sosial xidmət göstərilir”.
"Devran Media"-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.
V.Behbudov qeyd edib ki, hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və ya əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir:
"Həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslərdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir.
Hazırda 739 sosial xidmətçi və 27 sosial agent tərəfindən 4941 nəfər vətəndaşa evdə sosial-məişət xidməti göstərilir”