"Ağalı dünən və bu gün” adlanan videoçarxda ötən bir il ərzində Zəngilan rayonun Ağalı qəsəbəsində qeydə alınan dəyişikliklərin kadrları əks olunub.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin yaradıcı qrupu 2021-ci ilin 25 yanvar tarixində qəsəbədə çəkilişlər aparıb. 1 il sonra eyni vaxtda - 2022-ci ilin 25 yanvar tarixində bir daha qəsəbədə çəkilişlər edən yaradıcı heyət tam fərqli bir vəziyyəti lentə alıb.
1 il ərzində qəsəbədə ciddi quruculuq işləri görülüb. İşğal zamanı dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilib. Qəsəbə sakinlərinin tezliklə öz doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur tamamilə yenidən qurulub və hazır vəziyyətə gətirilib.