Kreşnik Bekteşi Azərbaycana gələcək
31.01.2022
Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Şimali Makedoniya İqtisadiyyat Nazirliyindən bildiriblər.
"Bekteşi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edən nümayəndə heyətinə rəhbərlik edəcək", - deyə nazirlik qeyd edib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.
2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.