Qadın özünü binadan atıb
31.01.2022
Bakıda intihar hadisəsi olub.
Hadisə paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 41 yaşlı İlhamə Firuz qızı Əhmədova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.