Əli Əliyevin apellyasiya şikayətindən xəbər var
31.01.2022
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev yanvarın 13-də həbs edilsə də, onun apellyasiya şikayəti üzrə məhkəmə hələ də baş tutmayıb.
"DM" xəbər verir ki, apellyasiya şikayəti kifayət qədər gec – 21 yanvarda məhkəməyə təqdim edilmişdi.
Apellyasiyanın gec verilməsi və prosesin uzanması səbəbləri haqda danışan vəki cavad Cavadov bildirib ki, məhkəmə yanvar ayının 13-də qərar verib və aradan 20 gün keçməlidir.
"Elektron məhkəmə sistemində işin Apellyasiya Məhkəməsinə göndərilməsi hələ ki, görünmür. Buna səbəb kimi texniki məsələni görürük. Məhkəmənin süründürməçilik etdiyini düşünmürəm, bu, sadəcə prosedurdur”