QƏZA: Avtomobil iki məktəblini vurdu
28.01.2022
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə rayonun Əsgərabad kəndində baş verib.
Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və onun həmyaşıdı Qəhrəmanov Coşqun Ələddin oğlunu VAZ-2107 markalı minik avtomobili vurub.
Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.