Lukaşenko :"Ukraynanı slavyanların yanına qaytaracağıq"
28.01.2022
"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksdandr Lukaşenko deyib.
"Qərb üçün Rusiya-Ukrayna qardaşlığını, slavyan qardaşlığımızı qanda boğmaq vacibdir. Amma biz doğma slavyan xalqlarıyıq. Bizim köklərimiz əsrlərin dərinliklərinə gedib çıxır. Biz bunu nəyin bahasına olursa olsun, qoruyub saxlamalıyıq. Axı qardaşlıq şikayətlərdən və siyasi ambisiyalardan qat-qat yüksəkdir. Bizim ayrılmaz əlaqələrimiz ümumi təhlükəsizliyin və sağ qalmağın əsasını təşkil edir. Və biz öz haqqımızı qaytaracağıq. Ukraynanı slavyanların yanına qaytaracağıq. Biz bunu mütləq edəcəyik”, - o qeyd edib