03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanlılar “əmlak kralları” adını qorudular

27.01.2022

 2021-ci ildə Rusiya daşınmaz əmlak bazarının liderləri bir il əncəki geriləmədən sonra gəlirlərini artırıblar.

Bu barədə "Forbes” nəşri yazıb.

"Siyahıya Qod Nisanov və Zaxar İliyevə məxsus "Kiyevskaya ploşad” şirkətlər qrupu liderlik edir. Şirkətə "Yevropeyski” əyləncə-ticarət mərkəzi, "Fud Siti” bazarı daxildir. Şirkətin icarə gəliri 2021-ci ildə 1.67 milyard dollar təşkil edib”, - nəşr yazıb.

Reytinqdə ikinci yerdə Samvel Karapetyanın "Taşir” qrupu yer alıb. Bu şirkətin icarə gəliri 2021-ci ildə 615 milyon dollar təşkil edib.

"Taşir” tikinti, istehsal, maliyyə və enerji sektorları, pərakəndə satış və əyləncə sənayesi sahələrində 200-dən çox şirkəti özündə birləşdirir.

Üçüncü yerdə illik icarə gəliri 510 milyon dollar təşkil edən "Safmar” şirkətlər qrupudur. Bu qrup Mixail və Sait-Salam Quçeriyevlərə məxsusdur. Moskvadakı "Moscow Marriott Grand” oteli və "Kaleydoskop” ticarət mərkəzi bu şirkətə məxsusdur.