Şagirdlər dərslikləri nə zaman əldə edə bilərlər?
28.08.2018
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 milyon 726 min 29 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Təhsil Nazirliyindən bildiriblər ki, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.
Dərsliklər hər şagirdə bir tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən dörd ildir.
Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.az saytlarında müxtəlif formatlarda mövcuddur.