Səfirimiz Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü
27.01.2022
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə görüşüb.
"DM" xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq, həmçinin təcrübə paylaşımı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.