Türkiyə TŞ toplanır: Ermənistan müzakirə olunacaq
27.01.2022
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
"Devran Media" xəbər verir ki, əsas gündəm Ermənistanla yeni dövrdə münasibətlər, Şərqi Aralıq dənizində baş verənlər, Ukrayna ilə Rusiya arasındakı gərginlik və terrorla mübarizə olacaq.
İclasda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan prosesi ilə bağlı məlumat verəcək.