21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Soyuqdəymənin üç əlaməti zamanı təcili yardım tələb olunur

27.01.2022

Yüksək hərarət, uzun müddət davam edən baş ağrısı və saturasiyanın aşağı olması təcili yardım çağırmağı tələb edir.

Bu barədə rusiyalı həkim-terapevt Tatyana Romanenko bildirib.

"Qrip və ya "Omikron”a yoluxma zamanı beş gündən çox temperatur 39 dərəcədən yuxarı olarsa, bu, təcili yardım, hər hansı bir həkim çağırmaq üçün səbəbdir”, - deyə o qeyd edib.

Həkim əlavə edib ki, hərarət üç gün ərzində təxminən 38 civarındadırsa, özünüzü müalicə edə bilərsiniz, lakin yeni simptomlar görünsə və temperatur yüksəlsə, mütəxəssislə məsləhətləşmək lazımdır.

O, həmçinin nəbz oksimetri ilə saturasiyanı izləməyi tövsiyə edib: "Saturasiyanın 95-dən aşağı olması da həkimə müraciət etmək üçün səbəbdir”.

Digər mühüm simptom baş ağrısıdır. Romanenkonun sözlərinə görə, əgər ağrı üç gün davam edirsə, ağrıkəsicilərlə dayanmırsa, daha da kəskinləşirsə və şüurun pozulmasına səbəb olursa, dərhal həkimə müraciət etmək vacibdir.

Mənbə: RİA Novosti