İsrail Azərbaycan əsilli veteranı qəhrəman elan etdi
27.01.2022
Bir zamanlar Azərbaycanda yaşayaraq sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzburq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən antifaşist döyüşçü kimi tanınıb.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, o, müharibə zamanı sovet ordusu sıralarında bir sıra qəhrəmanlıqlar göstərib. Giorgi Ginzburq İkinci Dünya müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib.
103 yaşlı Giorgi Ginzburg ötən əsrin 90-cı illərinin sonlarına qədər Azərbaycanda yaşayıb. Sonra isə İsrailə köçüb. Ginzburq İsraildə 30 ildən çox yaşasa da, bu yaxınlarda II Dünya müharibəsi veteranlarına verilən "Nasistlərə qarşı döyüşçü” medalı üçün müraciət edib.
"Ginzburq Azərbaycandan İsrailə gəlsə də, müharibə zamanı sovet ordusunun tərkibində döyüşsə də, İsraildə İkinci Dünya müharibəsi qəhrəmanı kimi qəbul olunaraq bir sıra imtiyazlara malik olacaq”, - İsrail mətbuatı vurğulayıb.
Yerli mətbuat həmçinin qeyd edib ki, Ginzburqun sıralarında cəsarətlə döyüşdüyü ordu Avropa döyüş meydanında müttəfiqlərin ən böyük quru qüvvələrinin qələbəsini və Almaniyanın paytaxtı Berlinin ələ keçirilməsini təmin edib.
İsrailin Ədliyyə Nazirliyi bildirib ki, II Dünya müharibəsi zamanı Sovet ordusu sıralarında bütün Avropada döyüşən, 1990-cı illərdə Azərbaycandan İsrailə mühacirət edən 103 yaşlı Giorgi Ginzburg bu yaxınlarda öz hüquqlarının bərpası üçün nazirliyə müraciət edərək hüquqi yardım istəyib. O, aylıq müavinət və əlavə ödənişlər almaq hüququ qazanıb.