21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda yanğın

26.01.2022

 Dünən günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanğın baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, elektrik naqillərində qısaqapanmadan yaranan yanğında xəstələrin həyatı təhlükə altına düşüb. Hadisə zamanı mühafizə polisi olmasaymış faciə baş verəcəkmiş.

İnstitutda mühafizə işini təşkil edən Daxili İşlər Nazirliyinin Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə 40-dan artıq xəstə ani çağırışla təxliyə olunub.

Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və polisin birgə səyi nəticəsində ağır xəstələr xilas edilib