Yaxın zamanlarda Qarabağa Böyük Qayıdışa başlanılacaq
25.01.2022
Azərbaycanda yeni iqtisadi rayonların yaradılması formalaşmış obyektiv reallıqları əks etdir
Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, yaxın dövrdə müstəqil Azərbaycanın yeni yaradılan iqtisadi rayonlarının inkişafının şahidi olacağıq:
"Yaxın zamanlarda Qarabağ ərazisində Böyük Qayıdışa başlanılacaq. Bu, müasir Azərbaycan tarixinin ən böyük hadisəsi olacaq", - deyə o bildirib.
T.Budaqov vurğulayıb ki, ərazi bütövlüyümüzün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişaf edəcəyi dönəmə qədəm qoymasına səbəb olacaq.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır.
İşğaldan azad edilmiş ərazilərin bərpası bu bölgəni təkcə ölkəmizdə yox, dünyada sürətlə inkişaf edən diyara çevirəcək. Yaxın zamanlarda Qarabağa Böyük Qayıdışa başlanılacaq. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir".