Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır
24.01.2022
Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarının iclasını çağırıb.
Bu barədə şuranın mətbuat xidməti məlumat yayıb.
Yerli vaxtla 17:00-da toplanacaq şuranın gündəmində daxili və xarici təhdidlər milli təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər, iqtisadi vəziyyət və koronavirusla mübarizə məsələləri müzakirə olunacaq.
Həmçinin saat 18:30-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun brifinqinin keçiriləcəyi qeyd olunur.
Mənbə: Unian.net